Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir.

"Report"un Rusiya bürosu xəbər verir ki, görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak edirlər.

Görüşdə azərbaycan və çeçen xalqları arasında Moskvada baş vermiş insident müzakirə olunur.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar