"Donald Tramp Nobel mükafatı ala bilər" - Yaponiya XİN

"Şimali Koreya nüvə silahlarını və ballistik raketlərini məhv etsə, ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağa layiq olacaq".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib.

O, Koreya yarımadasındakı nüvəsizləşdirmə prosesində hələlik irəliləyişin olmadığını qeyd edib.

Bundan əvvəl Ağ Evin qeyri-rəsmi xahişindən sonra Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən D.Trampın Nobel mükafatına namizədliyinin irəli sürüldüyü açıqlanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar