Böyük Britaniya səfirliyində medianın durumu müzakirə olunub

Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli Böyük Britaniyanın Azərbaycandakı səfirliyində medianın durumu haqqında müzakirə aparıb.

Bu barədə baş redaktor özünün sosial şəbəkədəki hesabında yazıb: “Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyində oldum. Səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi və vitse-konsulu Ceyms Holderlə medianın mövcud durumu, insan hüquqları sahəsində vəziyyətə dair müzakirələrim oldu.

Azərbaycanda baş verən hər bir hadisə Böyük Britaniyanın , o cümlədən Avropa Birliyinə üzv ölkələrin diqqətindədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar