Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat edib - Türkiyədə

Bu gün günorta saatlarında Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabr ayında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyə Respublikasından Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

635x100

Şərhlər

Abdulqadir 2019-02-19 18:01:54

ALLAH REHMET ETSIN.AMIN.

MN Avtomobil xodmeti 2019-02-19 18:01:54

Plkovnik-leytenant Eliyaz Mirzeyev MN MTT uzre muavini Fuad Memmedovun qebuluna geldi ve ona komek etmesini xahiw etdi Fuad Memmedov nazir Zakir Hesnova meruze etdi ve xahiw etdi ki ona komek etmek lazimdir, nazir Z.Hesenov dedi ,,,getsin iwine bziim pulumuz yoxdur,,,, F.Memmedov oz cibinden bir az pul verib uzurxaxliq etdi ki icaze vermir onunda gucu catmir...

Son yazılar