"Son vaxtlar müəyyən tərəqqi hiss olunur" - Henrik Hololey

“Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsində sazişin imzalanması hər iki tərəf üçün uğurludur”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey jurnalistlərə bildirib.

Azərbaycanın hava nəqliyyatı sahəsində geniş klasteri yüksək qiymətləndirən və Bakıdakı müasir və rahat Heydər Əliyev Beynəlxalq Hava Limanını da bunun ifadəsi kimi dəyərləndirən diplomat Azərbaycanla Avropa İttifaqı arasında aviasiya sahəsindəki sazişə dair altı ildir danışıqlar getdiyini qeyd edib.

“Son bir-iki il ərzində danışıqlarda elə bir irəliləyiş olmasa da, son vaxtlar müəyyən tərəqqi hiss olunur”, - deyə vurğulayan baş direktor danışıqların növbəti mərhələsinin gələn ay keçirilə biləcəyini də diqqətə çatdırıb.

“Hələlik müzakirələr davam etdirildiyindən təfərrüatlara varmaq istəmirəm. Hər danışıqda tərəflər nəticədən razı qalmalıdır. Danışıqların bu il başa çatdırıla biləcəyinə ümidvaram, amma əsas məsələ keyfiyyətdir”, - deyən H.Hololey hazırkı səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan tərəfinin sözügedən məsələdə maraqlı olduğunu hiss etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar