Muxtar Babayev departament müdirini işdən çıxardı – ETSN-də yeni təyinatlar oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Mia.az saytı xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağadadaş Qaraşova tapşırıb.

Qeyd edək ki, Ağadadaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlikdən adıçəkilən sayta təsdiqləyiblər. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.

635x100

Şərhlər

t.ədalət 2019-02-19 20:47:22

Məlum olan odur ki,yeni nazir gələndən Xəzər dənizinin Azərbaycan sahillərindən balıqlar qaçıb.Hövsanla Qum adası arasındakı sahil zolağı mazutun altında qalıb.Nazirin fəaliyyəti,deyəsən əyləşdiyi kabinetdən aralana bilmir..

Son yazılar