"Zenit" - "Fənərbağça" - Hakim təyinatları açıqlandı

Avropa Liqasının 1/16 final mərhələsinin "Zenit" - "Fənərbağça" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın Rusiya klubunun saytına istinadla yaydığı xəbərə görə, matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona Stuart Bert, Saymon Bennett köməklik edəcək. Dördüncü hakim funksiyasını İan Xussin yerinə yetirəcək. Kavana Kristofer və Andre Marriner isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, "Zenit"- "Fənərbağça" görüşü fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Bu komandalr arasında ilk qarşılaşmada İstanbul klubu 1:0 hesabı ilə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar