"ABŞ Suriyada yeni dövlət yaratmaq istəyir" - Lavrovdan yeni iddia

“ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır”.

Bunu Slovakiya Xarici İşlər naziri Miroslav Layçakla görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Başqa sözlə, Suriyanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı açıqlama ABŞ-ın sadəcə gözdən yayınmaq üçün manevridır. İndiki halda daha aydın şəkildə bəlli olur ki, onların hədəfi Suriyanı parçalayıb, Fəratın şərq sahilində qondarma dövlət yaratmaqdır. Onlar artıq aktiv şəkildə Suriyanın bu hissəsinə vəsait yatırır və öz müttəfiqlərini də məcbur edirlər ki, bu tənzimləmə üçün ödəniş etsinlər”, – deyə o, bildirib/Axar.az.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar