ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verib - Fövqəladə vəziyyət rejimi barədə qərarına görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, fövqəladə vəziyyət rejimi tətbiq etmək barədə qərarına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) 16 ştatı prezident Donald Trampı məhkəməyə verib.

İddiaçı qismində Kaliforniyanın, Nyu-Yorkun, İllinoysin, Koloradonun, Delaverin, Minnesotun, Konnektikutun, Virciniyanın, Miçiqanın, Menin, Oreqonun, Merilendin, Nevadanın, Nyu-Cerminin, Nyu-Meksikonun və Havayların qubernatorları çıxış ediblər. Merilend istisna olmaqla, bu ştatların hamısını demokratlar idarə edirlər.

«The Wall Street Journal» nəşrinin yazdığı kimi, iddiada deyilir ki, Trampın Mekisika ilə sərhəddə divar tikintisinə pul ayrılması xatirinə fovqəladə vəziyyət elan etmək hüququ olmayıb. İddiaçıların sözlərinə görə, belə xərclər Konqresin səlahiyyətlərinə aiddir.

İddiaçılar bildirirlər ki, öz ştatlarının iqtisadi maraqlarını qorumaq niyyətindədirlər və istəmirlər ki, Tramp uydurma miqrasiya böhranı bəhanəsi altında ölkənin resurslarını «narkotiklərlə mübarizəyə və divar tikintisinə» xərcləsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar