«Rusiya Ukraynanı dövlət olaraq məhv etmək istəyir» - Poroşenko

"Ukrayna prezidenti hesab edir ki, Rusiya «Ukrayna dövlətçiliyini məhv etməyə cəhd göstərir". «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Şurasının başçısı Donald Tuskla görüşü zamanı bu barədə Pyotr Poroşenko bəyan edib. Xəbəri Poroşenkonun saytı yayıb.

Sübut üçün o, Rusiyanın Azov və Qara dənizdəki aqressiv hərəkətlərini, xüsilə də ukraynalı dənizçilərin əsir götürülməsini xatırladıb.

«Kremlin məqsədi - Ukrayna dövlətçiliyini məhv etmək, necə deyərlər, Sovet İttifaqının ikinci variantını yaratmaqdan ibarətdir» - Poroşenko bildirib. Qeyd edib ki, yalnız Avropa İttifaqı ilə Ukraynanın həmrəyliyi «həmin kədərli dövrə» qayıtmağa imkan verməyəcək».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar