BAKIDA DƏHŞƏTLİ QƏZA TÖRƏDƏN “PORCHE” DEPUTATINDIR - ŞOK FAKTLAR + Fotolar 

Fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"AzPolitika"nın məlumatına görə AFN-ə bu barədə xəbər verən mənbə iddia edir ki, ölümlə nəticələnən qəzada "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olub: "Deputatın sürücüsü 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlunu prosesə sonradan cəlb ediblər. Mətbuatda da hadisə və avtomobilin əsl sahibi haqda düzgün olmayan məlumatlar yayılıb. Guya avtomobil "Avromed" MMC-yə məxsusdur, Abbasov Fərid Həsənağa oğlu da həmin şirkətin sürücüsüdür".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. "Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub" - deyə yayılmış məlumatlarda bildirilir. Lakin AFN-in araşdırması zamanı məlum oldu ki, avtomobil Feyziyev Cavanşir Əyyub oğlunun adınadır və qeydiyyat zamanı sistemə 0554441133 saylı telefon nömrəsi daxil edilib. Həmin nömrəyə etdiyimiz zəngə cavab verən şəxs mövzu ilə bağlı suallarımızı dinləsə də, bildirdi ki, telefon başqasınındır və hazırda sahibi yanında deyil: "Özü gəlsin deyərəm sizinlə əlaqə saxlasın".

Qeyd edilənlərlə bağlı C.Feyziyevin mövqeyini öyrənmək üçün cəhd edilsə də də, təəssüf ki, deputat zənglərə cavab vermədi. Onun hazırda xaricdə olduğu bildirilir.

Eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə edilən müraciətlərə dəqiq cavab verilmədi. BŞBDYPİ-dən istintaq getdiyi, əlavə məlumatları DİN-dən alına biləcəyi deyilsə də, nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələyə aydınlıq gətirməkdən boyun qaçırdı: "İstintaq materialları haqda məlumatı ancaq ki, müstəntiqdən ala bilərsiniz". Xəzər Rayon Polis İdarəsindən telefona cavab verən şəxs isə ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbərsiz olduqlarını bildirdi.

Araşdırma zamanı o da məlum oldu ki, "Porsche Cayenne GTS” 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün qəza zamanı sükan arxasında olduğu deyilən Abbasov Fərdi Həsənağa oğlunun adına heç bir etibarnamə yoxdur və olmayıb.

***

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin “Avromed” MMC-yə məxsus olduğu üzə çıxıb.

Belə ki, lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Qadını vuran “Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub.

635x100

Şərhlər

Mayis Kazımova 2019-02-20 00:35:44

Hər bir insan özünü düşünürsə,deməli o cəmiyyətdə yalqız bir adamdır... Caanşir Feyziyev alın-təri ilə qazanan pulnan 8-nəfərin problemlərini həll edib ? Hamısı dövlətin büdcəsindən oğurlanan pulların hesabına hörmət qazanırlar... Əsl deputat vaxtaşırı öz seçiciləri ilə görüşüb hesabat verməlidir,yoxsa Akif Salamovun sözləri ilə yox.... Akif Salamov özündən başqa heç kimə xeyr verməyən adamdır...................?

Mayis Kazımov 2019-02-20 00:35:44

Admin-- Şərhimdə deputat Qarabağ ailəsinə etdiyi köməkdən yazmışdım.Nə səbəbə görə onu vermədiniz.

Mayis Kazımov 2019-02-20 00:35:44

Mən qarabağdanam.Tanışlarımdan Şəkidə məskunlaşan az deyil.Mənə müraciət olundu ki,həmin tanışlarımın mənzil probleminə kömək edim.Mən də Cavanşir müəllimin ünvanına məktub yazıb xahiş etdim ki,8 nəfər köçkün ailəsinin problemini həll etsin.Cəmi 20 gün çəkdi.Həmin tanışlarım Feyziyevin sayəsində yaşayır və bildiyimə görə 2 nəfərin işlə təmin olunmasına yardımçı olub.

Mübariz Məmmədrzayev 2019-02-20 00:35:44

Hörmətli AzPolitika.İki gündür məlum məsələ ilə bağlı sizin saytda gedən yazıda sürücünün törətdiyi qəzaya görə yox,deputat Cavanşir Feyziyevin adının hallanması ilə bağlı fikirlərimi şərhlər bölümündə obyektiv dərc etdiyinizə görə baş redaktorunuz başda olmaqla kollektivinizə minnətdarlığımı bildirirəm.Bu gün müstəqil, qərəzsiz və obyektiv mediaya cəmiyyətimizdə böyük ehtiyac vardır. Xalqla bir yerdə olan deputatları da böhtan və təhqir atəşinə tutub xalqdan uzaqlaşdırmaq yox,sağ olsunlar demək lazımdır.

Mübariz 2019-02-20 00:35:44

Ən böyük biclik düzgünlükdür.

mubarize 2019-02-20 00:35:44

adini ona gore aciq aydin yazirsan ki temanna umursan. yeni ozunu goze soxursan ki seni tanisin ve caqirib hormetinin etsin. cox bic adamsan masallah...

Emil 2019-02-20 00:35:44

Mubariz Memmedrzayevle tam raziyam,ve onun yazdiqlarinin subutunu gorub agah olmaq isteyenler nomresini yazsinlar men hemin adamlara subut edim..burda bosh bosh reyler yazmaga ehtiyyac yoxdur. Ozunuze hormet edin,bilib bilmeden bashqa insanlar haqqinda rey bildirib,bohtan atmaq hem isnanliqdan hem de kishilikden deyil.

helime 2019-02-20 00:35:44

her kesin bashina ish gele biler,Hesab edirem ki,bele shexsi meseleleri ishiqlandirmaq lazim deyil.Gunahkardirsa -huquq-muhafize orqanlari var,vurulan ve vuran teref var.Arashdirilacaq ve loazimi tedbirler gorulecek.Kimin ne ishine qalib ?Niye insanlarin her meselelerini achib,tokurler?

Mübarizə cavab 2019-02-20 00:35:44

Həqiqətən dərmanlar keyfiyyətsizdir və qiymətləri olduqca bahadır..Feyziyevi əhali seçseydi,o seçildiyi rayonun əhalisinin dərdinə qalardı.onların dərdinə şərik çıxardı...? Cavanşir Feyziyevdən yalnız bir nəfər bəhrələnir,o da Akif Salamovdur.. Onun səmərəsinə ayda 1000 manat alıb,kef edir və Deputatada saxta məlumatlat veriri ki,cuya şikayətçi yoxdur... Rəhmətlik Salis Məmmədov həmişə Akifi yaltaqlıqda cünahlandırırdı.. Akif Salamovun yaşının üstə yaş gəlməsinə baxmayaraq xasiyyətini dəyişmədi.............

Mübarizə yazana 2019-02-20 00:35:44

Mən bilmirəm bu Mübariz kimdir. Amma bilirəm ki, kişi kimi öz adını yazıb. Amma sən kişisən ya qadın bunu bilmədik.....

zakirden mubarize 2019-02-20 00:35:44

deputat axsam senin cibine bir 100-luk qoyacaq. onu haqsiz mudafie etdiyin ucun....

Mübariz Məmmədrzayev 2019-02-20 00:35:44

Yengibar Azərbaycanda pullu kişilər çoxdur.Amma həmən o, kişi Azərbaycan üçün çoxlarının görə bilmədiyi işləri görüb.Məktəb,uşaq bağçası tikdirib,yol çəkdirib,neçə neçə imkansız ailələrin xəstəxana və təhsil xərclərini ödəyib.Yüzlərlə insanları işlə təmin edib.O, kişini axtarırsınızsa Qarabağ əlilləri hardadırsa o, ordadır.Harada qaçqın köçkün ailələri varsa o, kişi ordadır.Həmişə şəhid ailələrinin yanındadır.Deputat kimi də dünya miqysında apardığı işlər göz önündədir.O,kişinin uçaskovuluq işi yoxdur.

İşsiz 2019-02-20 00:35:44

Allah hər kəsi xətadan- bəladan qorusun. Heç kim qəzadan suğortalanmayıb.

Yengibar 2019-02-20 00:35:44

Bu kişinin adı Milli Məclisdən başqa hər yerdən gəlir. Avropada çirkli pulların yuyulması və sərilməsi işində də hallanırdı. Heç " uçastkoviy" da çağırıb soruşmadı ki, ay kişi, bunlar nə yazır? İndi , olmasın bir Porşe, onunçün fərq etməz.Yoxsa siz öləni düşünürsünüz? Allah sizi güldürsün, saxta dərmanlarla gündə 100ü ölür...

Mübarizə 2019-02-20 00:35:44

Sənin sadaladığın əməllərə malik bir kişi MM-də??Milləti dolamısan ya özünü?Ondansa yaz ki,bir insanın qanı da belə batdı.Yengibar ən obyektiv şərhçilərdəndir.Ad-familyanı da böyük qırmızı hərflərlə yaz ki,mədh etdiyin kişi səni yaxşı görsün.

Mübariz Həsən oğlu Məmmədrzayev 2019-02-20 00:35:44

Bəli, sadaladığım və çoxlu sayda müsbət işlərini sadalamad imkanım olmayan əməl sahibi Milli Məclisdədir.Xalq onu bu xeyirxah əməllərinə görə deputat seçib.Sənin tanıdığın Yengibar ən obyektiv şərhçidirsə, gündə dərmandan 100 nəfər ölsəydi, Azərbaycanda adam qalmazdı.Budur sənin obyektiv şərhçin.Yengibar göründüyü kimi obyektiv böhtançıdır.Adımı,atamın adını və familiyamı da düzgün ona görə yazıram ki,bəziləri kimi başqa adlarla böhtan yazmıram.Yazdıqlarımı sənə və obyektiv şərhçinə sübüt etməyə hazıram.

Son yazılar