Rusiya şirkətinin erməni əsilli keçmiş rəsmisinə qarşı yeni ittiham irəli sürüldü

İstintaq Rusiya Dövlət Sığorta Şirkətinin (“Rosqosstrax”) erməni əsilli keçmiş vitse-prezidenti Sergey Xaçaturovun 6 milyard rubl (90 milyon 705 min 883 dollar) məbləğində ziyan vurduğunu müəyyən edib. “Report” xəbər verir ki, bunu onun vəkili Aleksey Melnikov bildirib.

Qeyd edək ki, S.Xaçaturov ötən il 1 milyard rubl (16 milyon 470 min 588 dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurdu.

O, Rusiya Dövlət Sığorta Şirkətinin başçısı Danil Xaçaturovun kiçik qardaşıdır. D.Xaçaturov 2002-2017-ci illərdə şirkətin rəhbəri olub və 2017-ci ildə “Rosqosstrax”ı “Otkrıtiye” bankının nəzarətinə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar