ABŞ ordusu Suriyanı İraqdan keçməklə tərk edəcək - İraq rəsmisi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Baş nazirinin müşaviri Əbdülkərim Həşim Mostafa Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun Suriyadan çıxarlıması prosesindən danışıb.

O, qeyd edib ki, ABŞ İraqla razılaşdırıb və ordu bu ölkənin ərazisindən keçməklə çıxarlılacaq.

Mostafanın sözlərinə görə, proses aprelin 1-də, ABŞ Şərqi Ərəfatda və Banquzda əməliyyatları yekunlaşdırandan sonra başlanacaq. Aprelin sonuna prosesin başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, ordunun Suriyadan çıxarılması barəqə qərarı ABŞ prezidenti Donald Tramp ötən ilin dekaörında elan edib. Əvvəlcə bu prosesin 2 ay davam edəcəyi bildirilsə də, sonradan Tramp Konqresin bu müddəti uzatmaq barədə tələbi ilə razılaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar