Rəşad Məciddən BNA-ya sərt ittiham – “Sürücülərə qan uddururlar” 

Dərc olunub: 20/02/2019 - 00:50

1550574133_esasAzərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakı Nəqliyyat Agentliyini (BNA) sərt şəkildə tənqid edib.

BakuPost xəbər verir ki, o agentlik əməkdaşlarının sürücülərə qan uddurduğunu bildirib: “Bakı Nəqliyyat Agentliyi sürücülərə qan uddurur. Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!!!”.

Qeyd edək ki, son günlər BNA əməkdaşlarının “cərimə hücumu” insanlar arasında ciddi narazılığa səbəb olub. Parklanmalara görə cərimələrin bu quruma verilməsindən sonra dəyişən yalnız narazı insanların sürətlə çoxalmasıdır. İş o həddə çatıb ki, bu qurumun ləğv edilməsi üçün çağırışlar edilir.








loading...


Fikrinizi bildirin