"İLHAM ƏLİYEV BUNU DAYANDIRDI..." - "Bu sayda oğurluğa meylli insan heç vaxt olmayıb..."

“Heydər Əliyevə nisbətən İlham Əliyevlə münasibətlərim daha yaxşı alındı. Heydər Əliyevlə münasibətlərim çox mürəkkəb idi. Çünki Heydər Əliyeviç DTK-nın sədri idi. Həyatım boyunca qarşılaşdığım ən ağıllı adamlardan biri idi. İncəsənətdən o qədər də yaxşı baş çıxarmırdı. Onunla görüşəndə söhbət başlayırdı. Söhbət isə, əsasən, incəsənətlə bağlı olurdu. Onunla ünsiyyətdə olduğum vaxt ərzində - bu isə bəzən bir saat, saat yarım olurdu – o öyrənirdi və söhbətin sonunda mənim arqumentlərimi asanlıqla vurmağa başlayırdı. Bu, çox güclü analitik ağıl idi”, - virtualaz.org xəbər verir ki, bunu “Exo Moskvı” radiosuna müsahibəsində məşhur azərbaycanlı ssenari müəllifi və kinodramaturq Rüstəm İbrahimbəyov deyib.

R.İbrahimbəyov böyük qardaşı Maqsud İbrahimbəyovun SSRİ dövründə izlənilməsindən də danışıb: “Uzun müddət qardaşıma onun dahiyanə “Qardaşdan yaxşısı yox idi” povestinə görə ciddi hücumlar edilirdi və partiya qəzetində Soljenitsın haqqında yazı, ertəsi gün isə qardaşım haqqında ittiham dolu yazı dərc edilmişdi. Mən Heydər Əliyeviçə teleqram vurdum. Həmin vaxt isə artıq mənim, Bakıda tamaşaya qoyulmuş, ilk demokratik respublikadan bəhs edən “Ultimatum” pyesimə hücumlar başlamışdı.

İndi bir çox azərbaycanlı demokrat və inqilabçılar o vaxtlar partiya üzvləri idilər və susurdular. Mən isə 1982-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini vəsf edən pyes yazmışdım. Əlbəttə ki, çox ağıllı adam olan Heydər Əliyeviç onu qadağan etmədi, lakin bir müddət sonra orada nəyinsə baş verməsindən istifadə edib qadağan etdilər.

Hə, mən ona teleqram vurdum ki, məsələ bu yerdədir, qardaşımı, mənim pyesimi ittiham edirlər və sonda yazdım: “Vahid ideoloji siyasəti olan ölkədə Moskvada yaxşı qarşılanan əsərlərimizin Azərbaycanda sistemli şəkildə ittiham edilməsi anlaşılmazlıq doğurur”. O, bizi qəbul etdi və dedi: “Bilirsinizmi, bunu sizin qardaş yazıçılarınız təşkil edir. Onlar bura sizdən hər cür şikayətə gəlirlər”, - və susdu ki, buna yarım il qalmış MK-nın Plenumunda ekranlara çıxmış “Bir cənub şəhərində” filmini ittiham etmişdilər.

Və onunla belə - pis olmayan münasibətlərin vaxtı yetişdi. Qarşılıqlı hörmət hissi yarandı. Sonradan isə, o, Moskvaya getdikdən sonra hansısa adamlar – ideologiya üzrə MK katibləri və başqaları əllərindən gələni etdilər ki, məni Kinematoqrafçılar İttifaqından çıxarsınlar. Mən beş il müddətinə Moskvaya getdim. Başqa sözlə, o vaxt – hələ sovet vaxtı – mən Bakıya çox nadir hallarda gəlirdim, çünki orada mənə belə münasibət bəsləmişdilər.

İlham Heydəroviç isə, ölkəmin prezidenti olduğu üçün – onunla çox yaxşı münasibətlərim hələ prezident seçilənə qədər formalaşmışdı. Bir neçə dəfə Kinematoqrafçılar İttifaqına böyük kömək etmişdi, mən ona və onun vasitəsilə atasına müraciət edirdim və o, bütün bu məsələləri həll edirdi”.

Rüstəm İbrahimbəyov Azərbaycanda müxalifətçi fəaliyyətinin motivləri barəsində də danışıb: “2008-ci ilə qədər bizim çox yaxşı münasibətlərimiz vardı və 2008-ci ildə biz hətta görüşdük də, o, təklif etdiyim proqramı dəstəklədi, lakin sonradan bunu Mədəniyyət Nazirliyi və Nazirlər Soveti boykot etdilər – bizdə belə olur. Proqram çox gözəl idi. 2008-ci ildə mənim “Pravda” qəzetinə müsahibəm çıxdı, bunu ona göstərdilər və o vaxtdan...

O müsahibədə isə mən deyirdim ki, - bax siz Bakıdan danışdınız, – iş burasındadır ki, alov əla şeydir, amma çox olanda yanğına çevrilir. Susuz yaşamaq olmaz, amma çox olanda sel olur. Yemək çox olanda mənim kimi gombul olursan. Kəndlərdən axın var idi, böyük axın. Böyük şəhərlər həmişə əyalətlə qidalanır. Bu proses tədricən baş verməlidir ki, şəhər bunları həzm edə bilsin və həmin adamlar şəhər adamına çevrilsin.

Təəssüf ki, 1968-ci ildən güclü axın başladı. Sonra isə bu hadisələr baş verəndən sonra – Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etdikdən sonra Bakıya qaçqınların böyük axını gəldi. Nəticədə, Bakıda nəhəng mütənasibsizlik yarandı.

Mən o haqda yazdım ki, bu, demoqrafik fəlakətdir, seldir. Bu, artıq başqa şəhərdir, ola bilsin ki, daha yaxşıdır – mən keyfiyyətini müəyyən etmirəm, amma tamamilə başqa şəhərdir. Və insanların güclü şəkildə oradan axını başladı – yalnız başqa millətlərdən olanların deyil, bakılıların da böyük hissəsinin. Buna görə də, şəhər çox dəyişdi – bu barədə yazmışdım. O haqda ki, hakimiyyətdə - bu, indi də var: gah dövlət təhlükəsizlik nazirini çıxarırlar, gah başqasını – bu qədər – mən 2012-ci ildə məqalə yazmışdım – Azərbaycan rəhbərliyində bu sayda nadan və oğurluğa meylli insan heç vaxt olmayıb.

Bütün bunlar münasibətlərimizi korladı. Eyni zamanda, bir müddət sonra o özü həmin adamları oğurluqda, korrupsiyada, qarətdə ittiham edərək işdən çıxardı”.

R.İbrahimbəyovun sözlərinə görə, Türkmənistan, Tacikistan, Özbəkistan və bir çox digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır: “Lakin bu, 180 siyasi məhbusdur. Ən əsası isə odur ki, heç bir lüzum yoxdur. Bu da prezidentin əhatəsidir. Mənimlə haqq-hesab çəkənlər düşmənlərimdir – indi adlarını çəkmək istəmirəm. “Qafqaz triosu” filmi ekranlara çıxanda bu kampaniya – dəhşətli hücumlar başladı, onu prezident dayandırdı. İlham Əliyev dedi: dayandırın bu biabırçılığı. Amma mən bilirəm ki, bu, onsuz edilmişdi, kimin başladığını da bilirəm. O isə bunu dayandırdı. Ona görə də, mən bilirəm ki, o, çox çətin vəziyyətdədir: dəhşətli korrupsiya, ola bilsin ki, Rusiyada olduğu kimi – yəni onlar bunu bacarırlar...”

635x100

Şərhlər

Başsız Atlı 2019-02-20 09:14:21

Cənab XADİM, tam əksinə. Sizdən də aşağı və ölkəmizə zidd bayagı siyasi tolerant bəzəmələrə (tam boşuna) əvəzsiz milyonlar dəyil, milyardlar axıtmaqdadırlar?

Vətəndaş 2019-02-20 09:14:21

Ay şərh yazanlar bəlkə pensiyaların 3 faiz artırılmasında,ƏƏSMN-nin kəndlərdə verilən heyvanların xəstə olmasında,Şamaxı və İsmayıllı zonasında zəlzılınin baş vermısində,xəstəxanalarda rüşvətin alınmasında,diplom işi üçün Unversitetlərdə 800-1000 manat düşvətin alınmasında 90 yaşlı Gülbadam xalanın vəfat etməsində və ən nəhayət Azərbaycan yollarında baş verən avtomobil qəzalarında günahkar şimal qonşumuz Rusiyadır.

Köhnə azərbaycanlı 2019-02-20 09:14:21

Milləti məhv etmək üçün onun dilini, mədəniyyətini və ziyalılarının əqidəsini məhv etmək yetər.Baxın son 25-30 ildə nə samballı bir ədəbiyyat əsəri, nə bir normal kino, nə bir teatr tamaşası, nə bir böyük həcmdə musiqi əsəri, nə bir baxımlı rəsm və heykəltaraşlıq əsəri və sairə nəzərə çarpmır.Bakıda da rus məktəblərinin sayı ilbə il artır.TV-lərdə xalqın əxlaqını pozan verlişlərdə zaurlar, xoşqədəmlər, toliklər at oynadır.Kinolarımız da səviyyəsiz ssenarilərlə davam edir.Ziyalılarımız da balıq kimi susurlar.Fikirimcə bütün bunlar böyük şimal qonşumuzun və onun ölkəmizdəki 5-ci kalonunun əli ilə baş verir.Sanki onlar demək istəyirlər ki bütün böyük əsərləri sizlər bizim əsarətimiz altında olanda yaratmısınız.

Asif 2019-02-20 09:14:21

BU ADAMIN BEHİ BAZARI YOXDUR. BU GÜN BELƏ DANIŞIR,SABAH BAŞQA CÜR. ÖZÜ DƏ HEÇ AZƏRBAYCANLIYA OXŞAMIR.

miri 2019-02-20 09:14:21

... hər şey konyuktur maraqlara xidmət edir; əsl elm, əsl incəsənət, əsl mədəniyyət,əsl din... hər şey yoxa çıxıb. Yerinə isə məddəhliq və yalanlarla karyera edənlər,talanlarla varlanan məmurlar, məddahliqla medal-orden alanlar, şou ilə mədəniyyət xadimləri... yaranıb. Ən fəlakətlisi isə ağsaqqal və ziyalılıq təfəkkür yox olmağa yaxınlaşır. Bunlara son qoyulmalı, heç olmasa gələcəyimizi xilas etmək lazımdır.

EJDER 2019-02-20 09:14:21

hesab edirem ki,BAKIDA BIKILI qalmayib...BU IWLERIN,ANALOQU OLMAYAN INKIWAFIN AXIRI NETEHER OLAJAQ...

Tamasaci 2019-02-20 09:14:21

Niye Qafqaz triousu filminde 34cu deqiqede stolun ustune qoyulmus Azerbaycan bayraginin renglerini tersine vurmusan? Buna da cavab ver

t.ədalət 2019-02-20 09:14:21

"Qafqaz üçlüyü" filmi sırf Rusiya siyasi hakimiyyətinin tapşırığı ilə yazılıb.Rusiya hər üç Respublikanı gələcəkdə də öz işğalında saxlamaq üçün onların arasında törətdiyi düşmənçiliyi belə əsərlərlə,həm də erməniləşmiş qələm əhlinin əli ilə "hamarlamağa" çalışır.R.İbrahimbəyov fürsətcil adamdır.Azərbaycanı və azərbaycanlıları təhqir etdiyi filminə qarşı olanları,guya Prezidentin köməyi ilə ram etdiyini söyləyir.Bu,bir yalandır!Əgər elə olsaydı,onda Ə.Əylisliyə də güzəşt olardı..

yengibar 2019-02-20 09:14:21

Uşaqlıq illərində rəhmətlik İlyas Əfəndiyevin bir romanını oxumuşdum, indiyə qədər gözlərim önündə canlanır o roman- "Geriyə baxma, qoca"!

Gigant 2019-02-20 09:14:21

İbrahimbəyovun çox duzsuz və mənfəətpərəst adam olduğu elə bu müshibədən görünür. Uzun illər İlham Əliyevdən faydalan, problemlərini həll et, sonra "Pravda"da cənab prezidentin idarəetməsini pislə. Deyir "Heydər Əliyevlə münasibətlərim çox mürəkkəb idi." Rəhmətlik sənin nə mal olduğunu duyubmuş.

Son yazılar