Türk tələbələr Ermənistanda təhsil alacaq - Foto

Bu il oktyabrın 11-də Ermənistanda Dilican Beynəlxalq Məktəbi (UWC Dilican) fəaliyyətə başlayacaq.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, dəyəri 150 milyon dollar beynəlxalq məktəbdə ilk mövsümdə 100 nəfər tələbə təhsil alacaq. 2023-cü ildə isə bu rəqəmin 650-yə çatması gözlənilir.

Maraqlıdır ki, beynəlxalq məktəbdə təhsil almaq üçün Ermənistana 4 Türkiyə vətəndaşı da gəlib. Onlardan 2-sinin kürd, 1-nin türk, digərinin isə erməni olduğu bildirilir. Rusiya “Sberbank”nın məsləhətçisi, həyat yoldaşı Ruben Vardanyanla birlikdə məktəbin əsasını qoyan Viktoriya Zonabendin sözlərinə görə məqsəd erməni uşaqlarına beynəlxalq səviyyəli təhsil verməklə yanaşı türk-erməni münasibətlərini humanitar yolla yaxınlaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, Dilican beynəlxalq məktəbinin səhmdarları arasında Rusiyanın 30-dan artıq iri holdinqinin rəhbərləri yer alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar