AZƏRBAYCAN XİN-nin XÜSUSİ SƏFİRİNİN TÜRKİYƏYƏ GİRİŞİNƏ QADAĞA QOYULUB? - Rəsmi açıqlama

Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla  əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “Ensonhaber” adlı Türkiyə portalı yayıb.

Məlumata əsasən Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır. Hərçənd bu barədə məlumat çox yayğın və dumanlıdır.

“İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin  iştirak etdiyi toplantıda  Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub”-xəbərdə belə deyilir.

Məlumata görə həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur.Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o “persona non qrata” elan edilib.

Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında  uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

Elşad İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb və onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.

****

“Elşad İskəndərovla bağlı mətbuatda yayılan məlumatlar tamamilə yalandır və qərəzlidir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

“Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hər hansı bir iclası keçirilməyib. Bu ilin 15 yanvar tarixində Ciddədə İƏT-in İqtisadi Sosial və Mədəni məsələlər üzrə İslam Komissiyasının iclası keçirilib və Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov həmin iclasda iştirak etməyib.

Eyni zamanda bildirilməlidir ki, sözügedən iclasda çoxsaylı məsələlər çərçivəsində İƏT Gənclər Forumu (İƏGF) haqqında layihəyə baxılıb. AR Prezidentinin təşəbbüsü ilə yaradılmış İƏGF-nin Avrasiya Regional Mərkəzinə ev sahibliyi edən Azərbaycan Mərkəzin gücləndirilmiş statusu və fəaliyyətlərini dəstəkləyən qətnamə layihəsi ilə çıxış edib. Azərbaycan suveren və müstəqil xarici siyasət aparır və öz maraqlarını bütün beynəlxalq təşkilatlarda müdafiə etmək hüququna malikdir və bunu edir. İclas nəticəsində məsələ ilə bağlı kompromis mətn və dil üzərində razılaşma nəticəsində sözügedən qətnamə layihəsi qəbul edilmişdir.

Həmin iclasda heç bir İƏT nümayəndəsi öz çıxışında hər hansı bir Azərbaycan diplomatının guya Türkiyənin onlara qarşı fəaliyyət aparması haqqında fikirlər səsləndirməyib.

Belə bir iddia olmadığı üçün Azərbaycan XİN tərəfindən də hər hansı bir araşdırmanın aparılması, onun nəticəsində guya bu məlumatın E.İskəndərov tərəfindən səsləndirilməsi haqqında mətbuatda gedən fikirlər tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

E.İskəndərov uzun illər İƏGF-yə səmərəli şəkildə rəhbərlik edib. Həmin müddətdə qurumun təşəbbüsü ilə Xocalı faciəsini ilk dəfə soyqırımı kimi qiymətləndirən İƏT qətnamələri qəbul edilib, İƏGF-in fəaliyyətləri nəticəsində Azərbaycanın İslam həmrəyliyinə, həmçinin qlobal mədəniyyətlər arası dialoqa dəstəyi beynəlxalq səviyyədə tərənnüm edilib. Eyni zamanda mərkəzi qardaş Türkiyədə yerləşən təşkilatın nüfuzunun artırılmasına nail olunub. Ötən il səlahiyyət müddətinin bitməsi ilə əlaqədar İƏGF Baş Assambleyasında E.İskəndərovun fəaliyyəti bütün üzv ölkələr tərəfindən təqdir edilib, həmçinin o, İƏGF-in yeni sədrliyinə Türkiyənin irəli sürdüyü namizədin seçilməsinə dəstək verib.

Mətbuatda məsələ ilə bağlı gedən yazılar həqiqəti əks etdirməyərək qərəzli xarakter daşıdığından Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kölgə salır. Eyni zamanda məlumatın dərhal erməni mətbuatında tirajlanması da müəyyən suallar yaradır. Mətbuatı bu sahədə həssas olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı bir xələl gətirəcək yoxlanılmamış məlumatları verməkdən çəkinməyə çağırırıq”, – XİN-in məlumatında vurğulanıb.

635x100

Şərhlər

Aliyusif 2019-02-20 16:50:27

Görəsən, Elşad İsgəndərovdan belə macərə dolu missiyanı həyata keçirməyi kim xahiş edibmiş?

Alı 2019-02-20 16:50:27

Müxtəlif dövlət vəzifələri daşıdıgı halda bu adamın həm Azərbaycan dövləti həm də elə iqtidarın özünün nüfüzüna daban dabana zidd olan addımları dayanmadan yayılır.Amma hakimiyyət buna bir açırlama vermir, işdən çıxarır və yenidən daha bir məsul vəzifəyə təyin etsədə bu yenə yoluna davam edir.Yəni hara təyin edirlərsə oranı ....Kimdir bunu himayə edən ki, hakimiyyət sanki bundan çəkinir.Bu nə biabırçılıqdır....

EJDER 2019-02-20 16:50:27

BRAVO...MOLODES,BU BIZIM UQURLU XARICI SIYASETIMIZIN,ANALOQU OLMAYAN INKIWAFIDIR...QARABAQ BIZIMDIR,COCUQ MERDANLI KIMI.HE,BU ELWENDE ELE BIL ANADANGELME GULENIN....SEDR KIMI CIXIB,PECATLARIDA ELINDE,LUKAWENKO CANI

Son yazılar