Hikmət İsmayılov “AFB Bank"ı neçəyə alıb?

Hikmət İsmayılov “AFB Bank”da “Gilan Holding”in payını satın alıb.

Trend bu barədə Korporativ məlumatların açıqlanması (MEAS) saytına istinadən məlumat verir.

Qeyd olunur ki, H.İsmayılov 55 447 səhmi 70,14 milyon manata əldə edib. Saziş fevralın 7-i imzalanıb.

Bundan əvvəl, “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib.

Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).

635x100

Şərhlər

anar 2019-02-20 14:53:00

Qoca Molla? Men deyimde kimdir. Kəmaləddin heydərovun dayisi

Qoca Molla 2019-02-20 14:53:00

Bu necə xəbərdir Azpolitika.info? Bir yazın bilək bu adam kimdir de

yengibar 2019-02-20 14:53:00

Allah xeyrini versin! Amma,Hikmət İsmayılov kimdir, bir bank almaq üçün xərclədiyi 70,14 milyon manatı hansı yolla əldə edib, bu barədə bir bəyannamə təqdim edibmi?

Son yazılar