Azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb

“Aqrolizinq” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “Finans.az”a verilən məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədar, ilk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcəkdir. Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar