Bakıda avtobus aşdı - Yaralılar var

Yaralılar xəstəxanaya çatdırılıb

Bakıda daha bir avtobus qəzası baş verib. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb. 195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Nəticədə 10-dan çox sərnişin xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar