"Porsche" nə vaxtdan bahalı maşın olub? — Deputat avtomobili ilə törədilən qəzadan danışdı

Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzasından danışıb. 

C.Feyziyev  açıqlamasında sözügedən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib.

Deputat qəza törədilən zamanı sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib: "Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Kim günahkardırsa, cəzasını çəkəcək. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kimki yalandan deyir, guya qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək".

Cavanşir Feyziyev qəzaya düşən "Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib: "Məgər Bakıda cəmi bir-iki "Porsche” var? Bakıda minlərlə "Porsche” var. Digər tərəfdən isə "Porsche" nə vaxtdan bahalı maşın olub? "Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"-si ola bilməz? Burada qeyri-adi nə var?!".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

 

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

"Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub” – deyə yayılmış məlumatlarda bildirilir.( Demokrat.az)

635x100

Şərhlər

mozu 2020-04-25 07:12:19

harınlığa bax sen

Nara 2019-02-20 16:28:53

"Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur." Senin yaxının da mashinla vurub oldurseler bele ddeyersen?

cəngərlik sakini 2019-02-20 16:28:53

işində ol deputat müəllim.deputatın porşesi də olar,lap o porşla adam da öldürər.bu nə cəfəng söhbətdi.işində ol.danışıqlara fikir vermə.

EJDER 2019-02-20 16:28:53

HESAB EDIREM KI, CESASIZLIQ,TALANCILIQ HOKM SURUR...BOW BOW INKIWAF NAQILI,ANALOQU OLMAYAN,DAYANIQLI...WEXSEN BEZDIRIB...YALAN DANIWANIN ATABATASINA LEHNET OLSUN...

t.ədalət 2019-02-20 16:28:53

Xəstələrə od qiymətinə sırınan dərmanların puludur.Deyirlər ki,dərman pulu ilə varlananların sonu uğursuz olur.Allah bilən yaxşıdır!Ağıllı adamlar çörəyini dərmandan çıxarmaz.

hellas 2019-02-20 16:28:53

Bəs Böyük Dəhnədə olanda niyə "Porşen" yox idi, ha gözuu yesinlər Kiçik Dəhnədəkilər!! P.S. Sizlər üçün MirCəfər lazımdır..

Das 2019-02-20 16:28:53

OLA biler, niye ola bilmir ki. Amma bir məsələ var ki DEPUTATIN maaşı ile????? Ne qeder xalqi saymamazliq, qudurğanlıq...

Son yazılar