Avropa Şurası Əli İnsanovun məsələsinə yenidən baxacaq

Avropa Şurasının Nazirlər Komitəsi martın 12-də Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun işinə baxacaq.Virtualaz.org-un məlumatına görə, məsələ Komitənin iclasının gündəliyinə daxil edilib.

Əli İnsanov Avropa Məhkəməsinin onun işi üzrə qərarının yerinə yetirilməməsindən şikayət edir. Sabiq nazir Komitəyə məktub yazıb və öz günahsızlığında təkid edir.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla o, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Əli İnsanov barəsində 24 avqust 2016-cı ildə yeni cinayət işi qaldırılıb. O, qadağan edilmiş psixotrop maddələri saxlamaqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar