Fransada işıqlı qılınclarla döyüş rəsmi idman növü kimi qəbul olunub

Fransada işıqlı qılınclarla döyüş rəsmi idman növü kimi qəbul olunub.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, Fransa Qılıncoynatma Federasiyası işıqlı qılınclarla döyüş növünün ciddi fiziki hazırlıq tələb etdiyi üçün bu qərarı qəbul edib.

Hazırda ölkənin qılıncoynatma klubları xüsusi təlimatçılar və polikarbonatdan hazırlanan qılınclarla təchiz olunub. Həmin qılınclar zərbə zamanı səciyyəvi səslər çıxarmaqla yanaşı, işıq saçacaq.

Qeyd edək ki, idman növünün qaydalarına əsasən, döyüşçülər dairənin içində vuruşur. Başa və ya bədənə zərbə endirmək 5 xal, əllərə və ya ayağa zərbə üçün 3 xal verildiyi halda, biləyə endirilən zərbə 1 xalla qiymətləndirilir. 15 xal toplayan, həmçinin 3 dəqiqədən sonra hesabda öndə olan idmançı qalib olur. Əgər hər iki döyüşçünün 10 xalı varsa, başa və ya bədənə vurulacaq bir zərbə qalibi müəyyənləşdirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar