Pentaqon Ukrayna HSK-i naviqasiya avadanlıqları ilə təmin etməyi planlayır

Dərc olunub: 20/02/2019 - 20:22

pentaqon«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi-sənaye kompleksi şirkətləri arasında Ukrayna hərbi-sənaye kopleksi üçün «kor eniş» sistemləri tədarük etmək məqsədilə tender keçirməyi planlayır.

Vacib avadanlıqlar siyahısına uzaqölçən radiomayaklar və yüksək tezlikli yönəldilən azimutal radiomayaklar daxildir. Bu avadanlıqlar Starokonstatinovka aerodromunda quraşdırılacaq. Bundan başqa, podratçının vəzifələrinə texnikaya xidmət və hərbçilərin ondan istifadəyə öyrədilməsi vəzifələri də daxildir.

Bununla bərabər, ABŞ HSK-nin bəyanatında deyilir ki, Vaşinqton göstərilən naviqasiya avadanlıqlarının Ukraynaya tədarükü barədə kontraktın yerinə yeirilməsi xərclərini öz üzərinə götürməyəcək.








loading...


Fikrinizi bildirin