Kuba XİN ABŞ-ı günahlandırıb – Venesuelaya ordu yeritdiyinə görə

Dərc olunub: 20/02/2019 - 20:46

скачанные файлы«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kubanın xarici işlər naziri Bruno Rodriges bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Venesuelaya ordu yeridir.

Onun sözlərinə görə, ordu «Venesuelaya qarşı fəaliyyətə hazırlıq çərçivəsində» yeridilir. Bu hissələr dəniz piyadalarının və xüsusi əməliyytlar üçün nəzərdə tutulmuş ABŞ bazalarında yerləşir.

Kubalı nazirin sözlərinə görə, həmin bazalardan həyata keçirilən uçuşlar beynəlxalq biriyin bir hissəsinin Venesuelaya humanitar yardım göstərmək fəaliyyəti ilə əlaqəli deyil.

Eyni zamanda, Rodriges Venesuelada Kubanın «özəl hərbi güclərinin» iştirakı barədə yayılan inıormasiyanı təkzib edib və jurnalistəlin «Venesuelaya hərbi təcavüz olunacağı təqdirdə, Kuba nə edəcək?» – sualına birbaşa cavab verməkdən yayınıb. Və bu məsələni «hipotetik» adlandırıb.








loading...


Fikrinizi bildirin