İCRA BAŞÇISI 10 MİLYONLARI AZƏRBAYCANDAN ÇIXARIB - Ukraynada "Azəravtoyol"-un sədrilə şərikli biznes qurub + Fotolar

"Bu günlərdə sıradan bir icra başçısının Avropanın iki ölkəsində – Çexiyada və Avstriyada şirkətlər qurduğu, Azərbaycandan bu ölkələrə böyük məbləğdə pullar çıxardığı barədə faktları, sənədləri açıqlamışdım. Amma indiyədək rəsmi səviyyədə bu faktlara heç bir münasibət bildirilməyib...". 

"AzPolitika.info xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin “facebook”da paylaşdığı yeni yazısından götürülüb.

Jurnalist  yazısının davamında bildirir ki,  icra başçısının korrupsiya əməllərinə hüquqi qiymət verilmir, tədbir görülmür: "Bax, elə buna görədir ki, məmurlar, oliqarxlar indi çəkinəcək yerləri olmadığından başlarını qaldırıb, “xaricdə biznesim var, bununla fəxr edirəm” deyirlər, sabah daha çox sərvət yığmaq, daha çox mal-mülk almaq, şirkət açmaq üçün daha çox mənimsəyəcəklər. Sonra deyəcəklər ki, nə qəbahət var burda?"

Jurnalistin məlumatına görə, Qubanın icra başçısı Ziyəddin Əliyevin mənbəyi qaranlıq olan vəsaitinin müəyyən hissəsini  Ukraynada biznes qurmağa yönəldib: " Adam burda özünə bir neçə şirkət açıb, on milyonlar yatırıb. Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açıb, bu zavoda nə az, nə çox 9 milyon dollar vəsait qoyub. Hansı əməkhaqqı ilə, hansı qazancla? ... Açılışda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib, Ziyəddin Əliyevin korrupsiya pulları hesabına açdığı “Alov” şirkətinə və zavoda xeyir-dua verib.

Belə məlumat da var ki, şirkət təkcə Qubanın icra başçısının adına rəsmiləşdirilsə də əslində onun qeyri-rəsmi şəriki var. Şərik derkən, söhbət onun dostu "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovdan gedir. Əvvəlki araşdırmalarımda “asfaltyeyən” dostların Avstriyada ortaq şirkətlərinin olduğu barədə məlumat yaymışdım.

 

Sənədlərə əsasən Ziyəddin Əliyevin asfalt zavodu Nikolayev Tikinti Konstruksiya Kombinatının 18 hektarlıq ərazisində (миколаївського комбінату будівельних конструкцій) qurulub. Zavod “Amman” İsveçrə-İtaliya birgə şirkətinin istehsalı olan avadanlıqlarla təhciz olunub. Saatda 180 ton asfalt istehsal etmək gücündədir. 100-dən artıq işçisi var, orta aylıq əmək haqqı 200 avrodan (400 manatdan) artıqdır.

Zavodun 50-yə yaxın asfaltdöşəyən və yük maşınları var. Ziyəddin Əliyevin şirkəti təkcə asfalt istehsal etmir, “Alov” həm də yol, körpü, tunel çəkilişləri üzrə tenderlərdə iştirak edir, böyük sifarişlər qəbul etməyə başlayıb. Yerli media iddia edir ki, “Alov” tenderlərdə rüşvət yolu ilə qalib çıxır.

Zavod fəaliyyətə başladığı 2017-ci il ərzində ümumi məbləği 15 milyon 481 min 254 dollar olan 3 sifariş əldə edib.

Image may contain: 1 person, outdoor

Təsis sənədlərinə görə “Alov” Məhdud Məsuliyyətli Şirkəti (şəhadətnamə nömrəsi: 40759817) özəl inşaat fəaliyyətləri, avtomobil yollarında yük daşınması, avtonəqliyyat, yük-nəqliyyat vasitələrinin, inşaat texnikasının icarəsi və digər fəaliyyət növləri ilə məşğul ola bilər. Şirkətin kapitalı 243 072 314.68 qrivna, yaxud 8 milyon 999 min 425 dollar təşkil edir.

Image may contain: 1 person, standing

Ziyəddin Əliyev bu zavodun ərazisini 2014-cü ilin 24 aprelində alıb və zavodun tikintisinə başlayıb. 2017-ci ilin mayın 17-də zavodun təmtəraqlı açılışı olur və “Alov” şirkəti də zavodun ərazisindəki ofisə köçür.

İlk əvvəl “Alov” şirkətinin direktorluğuna Hacıyev Vüqar İskəndər oğlunu təyin edir. Vüqar Hacıyev hazırda Quba rayon Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Lakin sonradan, 2017-ci ilini 26 iyunundan Vüqar Hacıyevi Ziyəddin Əliyevin o vaxtlar “Azəravtoyol”dakı ən yaxın adamı olan 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlu əvəzləyir. Maarif Yusifov Ukraynadakı şirkətə təyinat almazdan üç ay əvvəl “Azəravtoyol” ASC-yə aid xidməti avtomobillə ağır qəzaya uğramışdı.

Hazırda “Alov” MMC-nin direktoru Nicat Muradlı Murad oğludur. O əvvəllər Ziyəddin Əliyevlə “Azəravtoyol”da birgə çalışıb, səhmdar cəmiyyətin Texniki İdarənin Normativlər, standartlar və keyfiyyətin idarə olunması şöbəsinin rəhbəri olub.

Image may contain: 3 people, people standing and suit

Ziyəddin Əliyevin Львівська обл., Миколаївський район, село Розвадів, ВУЛИЦЯ ВАПНЯНО-КАР’ЄРНА 6 ünvanında yerləşən “Alov” MMC-dən başqa daha iki şirkəti fəaliyyət göstərir.Bunlardan biri “Alov Ticarət Evi” MMC-dir (“ТОРГОВИЙ ДІМ “АЛОВ”).

Şəhadətnamə nömrəsi: 41163006, nizamnamə kapitalı 3000 qrivnadır.

Şirkət 2017-ci il martın 2-də Azərbaycan vətəndaşı, Şirvan sakini, 29 iyun 1981-ci il təvəllüdlü Samir Həsənov adlı şəxsin adına qeydiyyatdan keçirilib. Direktoru FILIPCHUK PETRO STEPANOVICH adlı Ukrayna vətəndaşıdır. Şirkət taxta və inşaat materiallarının topdansatışını həyata keçirir.

Qubanın icra başçısına aid olan digər şirkət “Alov – Bud” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin qeydiyyat nömrəsi: 41398603, nizamnamə kapitalı 4 milyon qrivna və ya 150 min dollardır, direktoru MARTINISHIN VLADIMIR ROMANOVICH adlı ukraynalıdır.

Lvov vikayətində yolların, körpü və tunellərin, binaların, inşaası, boru xətlərinin çəkilişi ilə məşğul olan şirkət Quba rayon Maliyyə idarəsinin rəisi Ruslan Hacıyevin qardaşı Vüqar Hacıyevin adına rəsmiləşdirilib. Yuxarıda qeyd etdiyim kimi Vüqar Hacıyev “Alov” MMC-nin ilk direktoru olub.

Sənədlərə görə şirkət fəaliyyət göstərdiyi dövrdə 34 tenderdə iştirak edib, 26 müqavilə əsasında 279 849 866,72 dollar həcmində sifariş alıb.

Ziyəddin Əliyev həmçinin “Alov” MMC və asfalt zavodu üçün ərazisinin böyük bir qismini ələ keçirdiyi “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkətinin (“МИКОЛАЇВ-ЛЬВІВСЬКИЙ КОМБІНАТ БУДІВЕЛЬНИХ КОНСТРУКЦІЙ”) də səhmdarlarındandır. Kombinatın səhmlərinin 97.446% – i “Alov” MMC üzərindən Ziyəddin Əliyevə, 2,554%-i digər səhmdarlara aiddir.

Qeydiyyat nömrəsi: 01331041.

Nizamnamə kapitalı: qrivna 7 790 210 və ya təxminən 300 min dollar.

Direktor: SENIANS NAZAR IVANOVICH.

Şirkət beton istehsalı ilə məşguldur".

P.S. Yazdakı iddialar və sənədlərlə bağlı  icra başçısı Ziyəddin Əliyevin, Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun və digərlrinin fikirlərini işıqlandırmağa hazırıq.

635x100

Şərhlər

Vətəndaş 2019-02-21 19:01:36

Bu vəzifəlilər ölkənin vari-datını oğurlayır,xaricə daşıyır,millətin vəziyyətini acınacaqlı hala salır.insanları isə aşağılayırlar.Bunlar Azərbaycana talançılıq edən bir zümrənin adamlarıdırlar. Bunu xalq nə zaman başa düşüb,öz haqlarını tələb edəcəklər.Nə zaman bu erməni qanlı məmurlardan Azərbaycandan .təmizlənəcək?Təmizlənməsə Azrbaycan vətəndaşına normal həyat olmayacaq~

Kərim 2019-02-21 19:01:36

TALANÇILAR ÖLKƏNİ DAĞIDIRLAR. NƏZARƏT YOZ,CƏZA YOX. ONAS GÖRƏ DƏRƏBƏYLİKDİR. BUNA BİR SON OLMALIDIR YA YOX?

Vidadiyə 2019-02-21 19:01:36

Tutaq ki,Zirəddin sən deyəndir, bəs onun yanındakı Cavidə nə deyirsən? Əslində bu məsələnin taşkilatçısı yuxarıdakılardır.Yoxsa kimdir bunlar.Biz çörəyimizi tapa bilmirik, bunlar isə milyardlarinı (əslində xalqin milyardlarını) hara xərcləməyi fikifləşirlər.Aşağı-yuxarı bunlar üçün nə vətən, nə torpaq-hamısı boş şeydir....

rusya 2019-02-21 19:01:36

Əslində bu sənədlər kifayətdir ki, bu məmurlar barədə dərhal araşdırmalara başlanılsın.1000 manat maaş alan başçı necə yəni zavod açır xarici ölkədə ..

[email protected] 2019-02-21 19:01:36

Bizim ölkədə hüquq-mühafizə orqanları da var?

Hesafdarov 2019-02-21 19:01:36

Zərin Qədrini ZƏRGƏR bilər! Belə nadir biznes akulaları seçilib iri vəzifəyə təyin edilir ki, onlar görməmiş mütəxəssis kimi iri məbləglərdən qorxacaqlar. ....

fəzyil 2019-02-21 19:01:36

Hər seyi başa düşdük ki bu qurum mafiozdarla dolu ya. Bütün sənədlər saxta hesabatlar isə yalan məlumatla dolu. Dağıdılır dovlətin vəsaiti bunu da yol və yol kənrına bax qiymət ver. Hec ekspert belə lazım döyül Necə ki Sumqayıt, Quba və Aeroport yolu kimi. Bir şey maraqlıdı ki bu Əvəz Qoçayevin şəklini bura niyə vurufsunuz. Qağamın çanı bu yaziğin 10 min manat paketi var. Amma o biri müavinlərin ayliq qanunsuz gəliri isə 150 mini kecib valahi. Hec birinində nə savadı nə də ki ixtisası yoluq döylü.

TALİS 2019-02-21 19:01:36

Dəfələrlə yazib gosdərmişik azəryolda təxminən 15 mindən artiq işçi var və binin 70 faizi myortvu duşdu yəni adi işdə ozu işə cixmayan. bu işçilərə dovlətdən ayrilan əmək haqları edir ən azi 300 manatdan hesablasan 2 milyon manat. Bu iki milyon manar hər ay rəhbər vəzifəli səxslərin çibinə gedir. ustəlik yola ayrılan vəsaitin 30 faizi də onlarındı. Son 5 il ərzində azəryola 800 milyondan cox pul ayrilib bunun da 30 faizi 240 milyona bərabərdi. İndi cexiyada ya avropada 50 milyonluq zavod nədi ki binlara?..

vidadi 2019-02-21 19:01:36

yaziqlar olsun bu menfur jurnaliste sevinmek evezine bedxahliq edir,bu insan bashci teyin olunana qeder ozel ishle biznesle meshgul olub,bacaririsan sende get ishle,qur yarat bizde berekallah deyek.halaldi bele insanlarimiza fexr edirik

EJDER 2019-02-21 19:01:36

AZERBAYCANIN WEREF VE WOHRET ORDENLI,EMEK DARRRR MUHENDISLERI,ANALOQU OLMAYAN YOLCEKENLER.,HANSININ KI,NE SEKISI VSR ,NE DE LAZIM OLAN YERDE KECIDI...EVEZ LAP...MEWEKUNA OXWAYIR.HA HA HA ANALOQU OLMAYAN INKIWAFIMIZIN AVANQARDLARI...

Son yazılar