Paşinyan həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş zamanı Baş nazir Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilərin mühüm işlər gördüyünü bildirib.

Tərəflər münaqişənin həlli üçün əlverişli ab-hava yaratmaqla bağlı fikir mübadiləsi apararaq bundan sonra atılacaq addımları müzakirə ediblər. Həmçinin münaqişə bölgəsində atəşkəs rejiminin qorunub saxlanılması barədə razılaşmalara əməl olunmasının vacibliyi də vurğulanıb.

Xatırladaq ki, İrəvandan sonra həmsədrlər Bakıya gələcəklər.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar