HAMAS liderinin həyat yoldaşı və körpəsi öldürüldü

İsrailin Qəzza zolağına atdığı raketlərdən biri HAMAS-ın silahlı qanadının lideri Muhammed Deyfin həyat yoldaşı və 7 aylıq körpə övladı da daxil olmaqla, 11 nəfərin həyatına son qoyub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, HAMAS-ın Qahirə təmsilçiliyi əsl hədəfin M. Deyf olduğunu bildirib.

İsrail hərbçiləri qeyd ediblər ki, son 2 gündə Qəzzadakı terror şəbəkələrinə döyüş təyyarələri tərəfindən 80 zərbə endirilib. Eyni zamanda Qəzza tərəfdən İsrail ərazilərinə 100-ə yaxın raketin atıldığı deyilir.

HAMAS nümayəndələri deyiblər ki, M. Deyf hədəf alınan evdən istifadə etmirdi və orada ailəsi yaşayırdı. Hazırda M. Deyfin harda olması barədə məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar