Səudiyyə Ərəbistanı Hindistana 100 miyon dollar sərmayə yatırmaq niyyətindədir

Dərc olunub: 20/02/2019 - 22:32

bin salman«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Krallığının varis şahzadəsi Mühəmməd bin Salman Hindistan hakimiyyətinə vəd edib ki, bu ölkənin iqtisadiyyatına əlavə 100 milyard dollar sərmayə yatıracaq.

Bundan əvvəl, bu gün Nyu-Dehlidə tərəflər energetika, mənzil tikintisi, infrastruktur texnologiyaları və turizm sahələri üzrə əməkdaşlıq barədə 5 sazişə imza atıblar («Vesti.Ekonomika»).

Varis şahzadə xatırladıb ki, «sonuncu dəfə Hindistanın Baş naziri Narendra Modi 2016-cı ildə Səudiyyə Əpəbistanına səfər edib».

«Biz, Hindistan iqtisadiyyatına 44 milyard dollara yaxın sərmayə yatırmışıq» – deyə, bin Salman qeyd edib və bildirib ki, daha 100 milyard dollar yatırmaq imkanı var.
Onu da xatırlaaq ki, fevral ayında Hindistan Ehtiyat Bankı (RBİ) 25 bazis maddəsi üzrə «açar» faizləri 6,25 faizə (illik) endirmək qərarı verib.










loading...


Fikrinizi bildirin