Baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsi tələb edilir

Dərc olunub: 20/02/2019 - 22:20

a2c1924c-9ec8-4037-8829-9adebf9f8ec2Ermənistanın Baş Prokurorluğu Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarına yenidən baxılması və baş nazirin keçmiş müavini Armen Qevorkyanın həbsindən imtina edilməsi ilə bağlı qərarından kassasiya şikayəti verib.

“Report” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr üzrə şöbəsini rəisi Arevik Xaçatryan bildirib.

A.Qevorkyan Konstitusiya quruluşunun devirilməsinə kömək etməkdə, külli miqdarda rüşvət almaqda, “çirkli pulların yuyulması”nda ittiham edilir.

Onun barəsində başqa yerə getməməklə bağlı qərar çıxarılıb.

Qeyd edək ki, daha əvvəl Armen Qevorkyana qarşı Konstitusiya Məhkəməsi hakiminə təzyiq göstərmək üzrə ittiham irəli sürülüb.








loading...


Fikrinizi bildirin