«Amerikalılar bizə həmkar deyillər» - Rusiya XİN

Dərc olunub: 21/02/2019 - 00:14

sergej-rjabov-tehnologii-bezopasnosti-2-1«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabov bəyan edib ki, Vaşinqtou Moskvanın «həmkarı» adlanlırmaq olmaz. Ştatlarla münasibətdə amerikalıların özlərinin düşünüb-tapdığı «strateji səbr» anlayışı üzrə davranmaq lazımdır.

Onun sözlərinə görə, amerikalılar Rusiyanın həmkarı deyillər. «Strateji səbr» isə gözləmə mövqeyi tutmaq deməkdir ki, meydana çıxan anlardan üstünlük əldə etmək üçün stifadə oluna bilsin.

Ryabov qeyd edib ki, hazırda ABŞ-da daxili-siyasi mübarizə gedir və Rusiya bu mübarizədə «haqq-hesab çəkmək» vasitəsi rolundadır. Ona görə də normal münasibətlər qurmaq alınmır. Ancaq Moskvada ümid edirlər ki, bu ilin sonuna qədər nəhayət ki, bir neçə istiqamət tapılacaq və orada Vaşinqtonla dialoq mümkün olacaq.








loading...


Fikrinizi bildirin