Yaponiya öz ərazisində ABŞ-ın RƏM kompleksləri yerləşdirəcək

Dərc olunub: 21/02/2019 - 00:36

1059329057«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya öz ərazisində Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalı olan «Aegis Ashore» raket əleyhinə müdafiə koompleksləri (RƏM) yerləşdirəcək. Bu informasiyanı ölkənin xarici işlər naziri Taro Kono təsdiqləyib.

Nazir Rusiya tərəfin belə bir bəyanatını da şərh edib ki, Mk-41 idarəolunan raketlər buraxan və “Aegis Ashore” sisteminə daxil olan qurğu orta və qısa mənzilli raketlərin ləğvi (OQMRL) barədə Müqaviləni pozur. Onun sözlərinə görə, Yaponiya bu müqavilənin iştirakçısı deyil, odur ki, bu sənəd üzrə heç bir öhdəlik daşımır.
Kononun məlumatına görə, “Aegis Ashlre” kompleksi «Tomaqavk» raktləri buraxmaq imkanlarına malik olmayacaq və yalnız ballistik raketləri «tutmaq» üçün nəzərdə tutulub.

Xatırladaq ki, OQMRL Müqaviləsi tərəflərə yer bazalı ballistik raketlərə və uçuş məsafəsi 500 – 5,5 min kilometr təşkil edən qanadlı raketlərə malik olmağa icazə vermir.








loading...


Fikrinizi bildirin