Türkiyənin kəşfiyyat şefi Öcalanla görüşdü

Türkiyə kəşfiyyatının şefi (MİT) Hakan Fidan ömürlük həbsə məbkum edilmiş kürd seprataçılarının lideri Abdulla Öcalana baş çəkib.

Türkiyə mətbuatı H.Fidanın A.Öcalanla kürd problemini tənzimləmək yollarını müzakirə ediblər.

Görüş keçən həftənin sonunda A.Öcalanın ömürlük həbs cəzası çəkdiyi İmralı adasında olub. Bu Türkiyə kəşfiyyat şefinin 10 avqust prezident seçkilərindən sonra PKK liderilə ilk görüşüdür.

“Cümhuriyyət” qəzetinin yazdığına görə bu danışıqlar kürd məsələsinin tənzimlənməsinə “zəmanət almaq” üçündür.

Buna qədərsə H.Fidan Öcalanla bir neçə dəfə görüşüb, bundan əlavə kəşfiyyat qururmunun digər əməkdaşları da onunla normallaşmanı perspektivlərini müzakirə ediblər.

Türkiyə hökuməti belə hesab edir ki, tənzimləmə sentyabrın sonuna kimi PKK yaraqlılarının qəti olaraq Türkiyədən çıxması, döyüşərdə iştirak etməyən PKK-lıların evlərinə dönməsi kimi son məsələni də əhatı etməklə yekun mərhələyə qədəm qoyur. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar