Putin raketləri ABŞ-a tuşlayacağını vəd edib

Dərc olunub: 21/02/2019 - 00:55

12a4e746da9ad24efd0d3b51bfd35a3f«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Vladimir Putin Federal Məclisə illik ismarışının gedişində sualtı qayıqlaın vaxtından əvvəl suya buraxılacağını və milli maraqların müdafiəsi üçün dəniz komplekslərinin qurulacağını anons edib.

Məsələn, prezident vəd edib ki, 2019-cu ilin yazında ilk pilotsuz su kompleksi ilə təchiz olunmuş sualtı qayıq suya buraxılacaq.

O, qeyd edib ki, Rusiya öz raketlərini təkcə Amerika Birləşmiş Ştatlarının (ABŞ) orta və qısa mənzilli raketlərini yerləşdirdiyi ölkələrə yox, təhlükə yaranacağı təqdirdə, ABŞ-ın özünə də tuşlayacaq.

Avropada raketlərin yerləşdirilməsini Putin təkcə Rusiyaya yox, həm də bütün düyaya təhlükə adlandırıb. Birləşmiş Ştatları isə qlobal hərbi üstünlük barədə illüziyaları yaddan çıxartmağa çağırıb.

Bundan əvvəl məlum olub ki, Rusiya raketlərin ləğvi barədə Müqavilədən çıxır.
«Biz, belə edəcəyik – bizim cavabımız «güzgü əksi» olacaq. Amerikalı həmkarlar elan ediblər ki, müqavilədə öz iştiraklarını dayandırlar. Biz də dayandırırıq» – deyə, dövlət başçısı müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bəyan edib.








loading...


Fikrinizi bildirin