Venesuelanın BMT-dəki hərbi attaşesi Quaydonu prezident kimi tanıyıb

Dərc olunub: 21/02/2019 - 09:29

c131e4d1-6341-4a9d-b460-74e5b2d92ed1Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin hərbi attaşesi polkovnik Pedro Çirinos ölkə müxalifətinin lideri Xuan Quaydonu dövlət başçısının vəzifəsinin müvəqqəti icraçısı kimi tanıyıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bildirib.

“Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyinin hərbi attaşesi polkovnik Pedro Çirinos rəsmi olaraq Xuan Quaydonu Venesuela prezidentinin vəzifəsinin müvəqqəti icraçısı elan edib. O, venesuelalılar üçün demokratiyanı Maduronun zülmündən üstün tutub”, – deyə Bolton “Twitter”də yazıb.

Daha əvvəl sosial şəbəkələrdə hərbi formada, özünü Pedro Çirinos kimi təqdim edən şəxsin videogörüntüsü yayılıb. O, bildirib ki, “hakimiyyətdə qanunsuz təmsil olunan Nikolas Maduro” hökumətinə tabe olmur”. “Mən Xuan Quaydonun rəhbərliyi altında keçid hökumətini tanıyıram və tabe oluram”, – deyə o, əlavə edib.

Daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro özünü Bolivar Respublikasının başçısı elan edən müxalif lider Xuan Quaydonu ölkə parlamentinə seçkilər elan etməyə çağırıb.








loading...


Fikrinizi bildirin