Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşıb

Dərc olunub: 21/02/2019 - 10:06

d19fb5ca-4a40-4bab-8fc1-9283ecd0a820Los-Ancelesdən Londona uçan Böyük Britaniyanın “Virgin Atlantic” şirkətinə məxsus “Boeing 787-9 Dreamliner” təyyarəsi reys zamanı təsadüfən səsin sürətini aşan sürətlə hərəkət edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri yazıb.

Nəşrdə bildirilib ki, təyyarə 11 km hündürlükdə güclü hava axınına düşdüyündən sürətini artırmalı olub. Layner həmin zaman 800 m/san. (1285 km/saat) sürətlə hərəkət edib. Bu hündürlükdə isə səsin sürəti 1062 km/saatdır. Həmçinin qeyd olunub ki, təyyarənin kreyser sürəti 561 m/san. (902 km/saat) təşkil edir.

Belə sürətlə hərəkət etdiyinə görə layner təyinat nöqtəsinə təyin olunan vaxtdan 48 dəqiqə əvvəl çatıb.










loading...


Fikrinizi bildirin