Taekvondoçumuz qızıl medal aldı

Azərbaycan idmançısı Səid Quliyev Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin ikinci Yay Olimpiya Oyunları çərçivəsində taekvondo yarışının qalibi olub.

73 kq-da mübarizə aparan S.Quliyev finalda almaniyalı Həmzə Adnan Kərimi 10:4 hesabı ilə məğlub edərək ölkəmizə yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandırıb.

Beləliklə, Azərbaycan komandasının aktivində 1 qızıl və 4 gümüş medal var. /Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar