Rusiya neftinin qiyməti düşdü: Böhran qaçılmazdır

Neftin-qiymetiRusiyanın ixrac etdiyi Ural neftinin bir barreli bir həftə içində 101 dollardan 96 dollara düşüb.

Axar.az xəbər verir ki, iyunun 25dən bəri neftin 14 dollar aşağı düşməsi Rusiyanı bərk narahat edib.

Neftin qiymətinin kəskin şəkildə aşağ düşməsinin səbəbi Ukrayna böhranı ilə bağlı ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi nəticəsində reallaşıb.

Eyni zamanda Liviyanın dünya bazarında yerini bərqərar etməsi, Rusiyanın İraqda neft istehsalına başlaması da neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdəndir.

“The Moscow Times” qəzetinə açıqlama verən iqtisadçısı Valeri Mironov qiymətlərin 80 dollara enəcəyi təqdirdə Rusiya iqtisadiyyatının çökəcəyinin qaçılmaz olduğunu bildirib.

“Reyters”in məlumatına görə, neft barrelinin qiyməti 1 dollar ucuzlaşarsa bu, Rusiya iqtisadiyyatına 1,4 milyard dollar ziyan deməkdir.

Xatırladaq ki, Rusiya büdcəsinin tən yarısı neft və təbii qaz gəlirlərindən formalaşır. Rusiya prezidenti Vladimir Putin ötən gün verdiyi açıqlamada 2013-cü ildə neftdən 191-194 milyard dollar, təbii qazdan isə 28 milyard dollar gəlir əldə etdiklərini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar