PUTİNİN ÇEVRƏSİNDƏKİ İKİ RƏQİB QANAD – Rusiyada elitaların mübarizəsi güclənir

Dərc olunub: 21/02/2019 - 13:12

sechin_vs-e1550735730657

Kremlin əksər kənar müşahidəçiləri üçün Rusiyanın siyasət qurma prosesi monolitidir: prezident Vladimir Putin müstəsna qəbuledicidir və müxalif rəy bağlı qapılar arxasında boğulur.

Əslində isə, Rusiyanın siyasi elitasında müntəzəm olaraq toqquşan rəqib siyasi maraq və baxışlar mövcuddur. Siyasət tez-tez bu fərqli qruplar arasında balanslaşdırma ilə oynayan Putin məhsuludur.

Rusiyanın uzun müddət enerji rəqibi olan Səudiyyə Ərəbistanı ilə əlaqələrinə dair son iki mübahisə də hazırda iki qrup arasında siyasi-ideoloji bölünmənin genişləndiyini göstərir: sovet tipli müdaxiləçilər və mühafizəkar-təcridçilər. Onların arasında yaşanan gərginlik Putinin Yaxın Şərq siyasətinin ən uğurlu istiqamətlərindən birinə təhlükədir.

İlk mübahisə Rusiyanın “Rusnano” dövlət sərmayə fondunun törəmə şirkəti və neft avadanlıqlarınn əsas istehsalçısı olan Rusiyanın “Novomet-Perm” şirkəti ilə bağlıdır.

Keçən ilin iyun ayında şirkətin baş direktoru Maksim Perelman potensial bir razılaşma üçün Səudiyyə Ərəbistanı ilə investisiya danışıqlarının getdiyini açıqlayıb. Ötən oktyabrda Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) baş direktoru Kirill Dmitriyev Səudiyyənin “Aramco” neft şirkəti ilə birgə “Rusnano”nun 30,76 faizlik səhminin alınması planını açıqlayıb. Rus tərəfi razılaşmanı əldə etməyə çox can atan kimi görünürdü.

Xarici alıcılara “Novomet”dəki payları satma cəhdləri keçmişdə uğursuz olub və şirkət istehsal etdiyi neft nasoslarının aşağı keyfiyyəti ilə əlaqədar narahatlıqlar nəzərə alınmaqla, mənfəət əldə etməyə çalışırdı.

“Aramco” ilə müqavilənin istehsalçını xilas etməklə yanaşı, Rusiya xəzinəsini lazımi pulla dolduracağı, zəif xarici xarici sərmayə qoyuluşlarını artıracağı və Rusiya-Səudiyyə münasibətlərini daha da möhkəmləndirəcəyi gözlənilirdi.

Rusiya iqtisadiyyatı rəsmi olaraq 2016-cı ilin sonlarında resesiyadan çıxsa da, ardıcıl beşinci ildir ki, real gəlirlər azalır və ÜDM-in anemik artımı gələcək illərdə qlobal göstəricidən geriliklə, durgunlaşmann davam etdiyini isbatlayır. 2014-cü ildə Krımın ilhaqı sonrasında Moskvaya sanksiya tətbiq edildikdən sonra ölkəyə birbaşa investisiya daxil olmur.

Müqavilə, həqiqətən, Rusiya tərəfi üçün olduqca gəlirli görünür, ancaq Rusiyanın iqtisadi tənzimləyicisi, Federal Antiinhisar Xidməti (FAS) milli təhlükəsizliyin qorunması səbəbi ilə, yəqin ki, onu bloklayacaq. ABŞ-ın “Halliburton” neft şirkəti “Novomet”in səhmlərini almaq istərkən, FAS şirkəti strateji aktiv kimi təsnif edib və sövdə alınmayıb.

Son bir neçə ildə mühafizəkar-təcridçi qüvvələr Rusiya iqtisadiyyatının açılmasına qarşı çıxıb, Rusiyada fəaliyyət göstərən xarici investorlar və xarici şirkətlərə qarşı məhdudiyyətləri uğurla genişləndiriblər. Onların təsiri altında “Novomet” kimi şirkətlərin satışını çətinləşdirən “Strateji Müəssisələr” Qanunu və “Xarici İnvestisiya” Qanununa dəyişikliklər qəbul edilib.

Rusiya-Səudiyyə əlaqələrində son tarixi irəliləyişlərə baxmayaraq, Moskvadakı bir çox mühafizəkar hələ də Riyadı energetika sektorunda böyük bir rəqib kimi görür və onun Birləşmiş Ştatlarla sıx əlaqəlrindən narahatdırlar. Məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və müəyyən siyasi dairələrin təzyiqi altında FAS “Aramco”nu uyğun alıcı hesab edə bilməz. Müqavilə qəbul olunana qədər o, sövdəni rədd edəcək və ya qərarı gecikdirəcək.

Bu ayın əvvəlində, ABŞ-da yerləşən “Schlumberger” şirkəti də oxşar şərtlər altında “Eurasia Drilling Company”-nin satın alma prosesini dayandırıb.

AAwSWYJ-e1550735848469

Tənzimləyici maneələr Rusiyanın Səudiyyə ilə yaxınlaşması üçün üfüqdə görünən yeganə potensial problem deyil. “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin, Putinin yaxın çevrsindəki adam, Rusiyanın neft hasilatını azaltmaq məsələsinə OPEK-lə, xüsusilə də Səudiyyə Ərəbistanı ilə razılaşmadığını bildirib.

Son iki ildə Moskva və Riyad neft qiymətlərini sabitləşdirmək üçün səyləri yaxından koordinasiya edib. Bu yaxınlarda Putin, Vaşinqtonun İranın neft ixracatına maneə törətdiyini, İrana qarşı ABŞ sanksiyalarının reallaşdırıldığını nəzərə alaraq, neft qiymətlərində artımın qarşısını almaq üçün müvəqqəti olaraq neft istehsalını artırmağa dair ABŞ-ın təklifinə isti yanaşıb.

Rusiya prezidenti, habelə Rusiya hökumətindəki müdaxiləçi düşərgə neft bazarında Səudiyyə Ərəbistanı ilə Rusiyanın mövqelərini Yaxın Şərqdə təsiri artırmaq üçün strateji aktiv olaraq görürlər. Ancaq siyasi elitanın içindəki hər kəs bu baxışı paylaşmır.

Putin Suriyada “əfqan bataqlığı”ndan yayına bilsə də, siyasi elitanın bir çox üzvü bölgədə əhəmiyyətli iştirakın davam etdirilməsinə şübhə ilə yanaşırlar. Bu şübhəçilərdən bəziləri, ABŞ-ın 2003-cü ildə hərbi müdaxilədən sonra üzləşdiyi narahatlıqları nəzərə alaraq, Yaxın Şərqdə Rusiyanın nüfuzunun artmasının potensial olaraq təhlükəli olduğunu düşünür. Çünki səudilər və iranlılar kimi böyük yerli oyunçular qarşıdurma halındadır, Rusiya tezliklə özünü tərəf seçməyə məcbur olacağı məzhəbi qarşıdurması ortasında tapa bilər.

Səudiyyə Ərəbistanı ilə ikitərəfli əlaqələrə dair bu daxili qarışıqlıq Rusiyanın Yaxın Şərqdə və dünyada vacib rol oynaması ilə bağlı iki nüfuzlu dairə arasında daha geniş gərginliyin varlığını göstərir. Bir tərəfdən, sovet üslubunda müdaxilələrin tərəfdarları nəyin bahasına olursa-olsun qlobal güc statusu qazanmağa çalışır; digər tərəfdən, “öncə Rusiya” fikirlərini əks etdirən təcridçilər beynəlxalq qarşıdurmanın mümkünlüyündən dəhşətə gəlirlər. Ölkənin getdiyi istiqamətdən narazı olan rusların sayı artmaqda ikən isə, izolyasiya duyğusu böyüyəcək.

Önümüzdəki bir neçə ildə bu iki düşərgə arasındakı qarşıdurma nəticəsində Kremlin Səudiyyə Ərəbistanı ilə yaxınlaşa bilib-bilməyəcyi və Rusiyanın qlobal siyasi arenada super güc mövqeyini davam etdirib-etdirməyəcəyi müəyyən olunacaq.

Dmitri Frolovski
“Əl-Cəzirə”, 21.02.2019

Tərcümə: Strateq.az










loading...


Fikrinizi bildirin