Tənqidə görə 75 şallaq yedilər

“Qəzvin, ötən vaxtların torpağı” kitabı haqda 2 fotoqraf internetdə mənfi fikirlər yazıb

İranda 2 fotoqraf yerli rəsminin illüstrasiyalı kitabını tənqid etdikdən sonra birlikdə 75 şallaq cəzasına məhkum olunublar.

Bu haqda Guardian qəzeti yazıb.

Hər iki fotoqraf Qəzvindəndir. Onları məhkəməyə yerli mədəni irs tşkilatının rəhbəri Mohammad Ali Hazrati verib. O, “Qəzvin, ötən vaxtların torpağı” adlı kitab haqda bu iki fotoqrafın internetdə yazdığı mənfi fikirləri təhqir sayıb.

Xalil İmami və və Abbas Alipour adlı fotoqraflar kitabı buraxan rəsmiləri tənqid ediblər ki, ictimai pulları incəsənət baxımından aşağı səviyyəli kitablar buraxmağa sərf edirlər. Kitabı Qəzvin bələdiyyəsi buraxıb və pulsuz paylanır.

Fotoqraf İmami yazıb ki, 216 səhifəlik kitab bahalı cilddə buraxılıb, kitabda 230 foto var, bunların da çoxunun ya çəkiləndə işığı pis olub, ya yaxşı çərçivəyə alınmayıb.

İranda fotoqraflara şallaq cəzası 2012-ci ildə karikaturaçı Mahmud Şokrayeyə 25 şallaq cəzası verilməsini xatırladıb. O vaxt karikaturaçı parlament deputatının şərəf və ləyaqətini təhqir etməkdə günahkar bilinmişdi. Ancaq bu, cəmiyyətdə böyük hay-küy yaradandan sonra həmin deputat şikayətini geri götürmüşdü. /Azadlıq Radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar