“İctimai qınaq güclü olmalıdır” - Ziyafət Əsgərov

“Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir. Bu hallar cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən “Kütləvi informasiya vasitələri haqqında” qanunda müəyyən dəyişikliklər edilə bilər”.

“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O, bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: “İnsanların özləri bunu dərk etməlidirlər, ictimai qınaq güclü olmalıdır. Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin təpki göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil. Bunun normal və sivil yolları var. Komputerin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır? Bu yazıları sənin və digərlərinin ailəsi – anası, bacısı, qardaşı oxuyur. Bu, biabırçı vəziyyətdir. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır”.

635x100

Şərhlər

Arif Agazadə 2019-02-21 14:27:19

Yaxşı bilirsiniz ki, içtimai qınağı düldülüsünə alan yoxdu Ay hörmətli Parlament müavini ! Niyə camaahatnan məzələnirsən? Kindı xalqı camaatı adam yerinə qoyan yüz dənə sizə Teyyub yazsam birinə bir cavab yoxdu !

Əli 2019-02-21 14:27:19

İctimai qınaq var özüdə lap güclü ancaq siz M.M.də oturanların vecinə deyil.Bütün ölkə sizi qınayır ki pis işləyirsiniz yüksək maaş alırsınız siz isə yumşaq kresloda oturub vecsiz qanunlar yazırsınız.Misal ümün deklarasıya barədə yazdınız nə oldu sayan var sizin qanunu Budur sizin öz işinizə olan hörmət.Qorxursunuz icranı tələb etməyə.Hani Sığorta niyə işləmir Deyəcəksiz bizim işimiz qanunu yazmaqdır Bəs öz işınizə hörmət Belə haqlı qınaqları vəzifəlilər tərəfdən inkar ediləndə haqlı olaraq söyüş başlayır

miri 2019-02-21 14:27:19

Cəmiyyətin bu qədər təpkisi və qınağına hakimiyyət reaksiya vermədiyi və əvəzində "ödənişli rupor" larinda təhqir və yalanlar yağdırmagi bu günkü acı reallıqlara yol açıb. Bu metodların tətbiqi utancverici olmaqla bərabər milli mental dəyərlərin əleyhinədir. Yəniazərbaycanda bu kompaniyanın əleyhinə bir fikir deyən yoxmu məyər?

Son yazılar