Növbədənkənar seçkilərlə bağlı açıqlama - "İddialar başqa, qanunvericilik başqa..."

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov növbəti parlament seçkilərinin vaxtının irəli çəkiləcəyi ilə bağlı iddialara münasibət bildirib.

“Report” xəbər verir ki, Z.Əsgərov deyib ki, növbəti parlament seçkilərinin vaxtının irəli çəkilməsinə zərurət yoxdur.

Onun sözlərinə görə, Azərbaycanda seçkilərin keçiriləcəyi tarixlər üst-üstə düşmür: “Bunlar Seçki Məcəlləsi ilə tənzimlənir. İddialar başqa, qanunvericilik başqa şeydir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar