Sınaq imtahanının nəticələri açıqlanıb

Dərc olunub: 21/02/2019 - 14:48

5712c701-6ae2-44df-aeff-b4e8ef175d2e (1)Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilən sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən “Report”a verilən məlumata görə, hər bir abituriyent mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.










loading...


Fikrinizi bildirin