Prezident Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb

Dərc olunub: 21/02/2019 - 15:11

36afcebc-89e4-4396-90d2-af48162f0bafPrezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.








loading...


Fikrinizi bildirin