Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib

Son üç ildə Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib.

Bu barədə “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasınınsədr müavini, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, son üç ildə Azərbaycan dilinə daxil olan yeni sözlərin sayı 2 700 olub: “Yeni terminlər 2015-2018-ci illər alığında Azərbaycan dilinə daxil olub. Artıq həmin sözlər “Yeni Terminlərin İzahlı Lüğəti” adlı kitabda qeyd edilib. Bu kitab mütəmadi olaraq nəşr olunur. Birinci kitab 2015-ci ildə nəşr olunanda orada 2750 yeni söz daxil olunmuşdu. Daxil olan yeni sözlərin tapılan qarşılıqları da izahlı lüğətdə göstərilib. Amma beynəlxalq terminlər olduğu kimi saxlanılır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar