İlyas İsmayılov AKP-nin qurultayına dəvət olundu

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov və partiya sədrinin müavini Mütəllim Rəhimli Türkiyənin hakim partiyası AKP-nin 1-ci fövqəladə qurlutayına dəvət olunub.

Bu barədə AzPolitika.info-ya Ədalət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

İlyas İsmayılovun avqust ayının 27-də keçiriləcək  qurultayda iştirak etmək niyyətində olduğu bildirilib.

Bu hadisə, Ədalət Partiyasının fəaliyyətinin qardaş ölkə siyasiləri tərəfindən diqqətlə izlənilməsi kimi əsaslandırılıb. Partiyanın "Bir millət, iki dövlət" prinsipini daim öz əməli fəaliyyətində həyata keçirməyə çalışdığı və bundan sonra da çalışacağı vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar