5 nəfər Şri-Lanka vətəndaşı həbs olunub

Dövlət Sərhəd Xidməti (DSX) 5 nə­fər Şri-Lanka vətəndaşının Azərbaycanın dövlət sərhədini pozmasının qar­şısını alıb.

DSX Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, fevralın 17-də xid­mətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il tə­vəl­­lüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin 2018-ci ilin dekabrın 16-da rəsmi qay­dada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbay­canagəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər.

Sərhəd pozucuları barəsində cinayət işi başlanılıb və barə­lərində həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar