Nazirlik İşçi qrup yaradıb

Dərc olunub: 21/02/2019 - 17:20

f3627fbf-7d2b-4b4d-9501-e12b3c09eb38 (1)“Azərbaycanda sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilinin təşkil olunması ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi üçün İşçi qrup yaradılıb”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, hazırda İşçi qrup proqramın icrası ilə məşğuldur.

O bildirib ki, proqramın icrasında Təhsil Nazirliyi ilə yanaşı, UNİCEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi iştirak edir: “Onlar da, öz növbəsində, proqramda nəzərdə tutulduğu kimi həm kadr hazırlığı, həm müəllimlərin bu sahədə peşəkarlığının artırılması məsələləri, həm də məzmunun təkmilləşdirilməsi, regionlarda resurs mərkəzlərinin yaradılması kimi layihələrin icrası ilə məşğuldurlar”.








loading...


Fikrinizi bildirin