İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

Dərc olunub: 21/02/2019 - 17:26

f49ced64-54e2-41ef-8427-2740b5ef2b79Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, dəyişikliklə komissiya üzvlərinin sayı artırılıb.

Sərəncamla komissiya üzvlərinin siyahısına Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru əlavə edilib.

Beləliklə, komissiya üzvlərinin sayı 7 nəfərdən olub.

Xatırladaq ki, Komissiyanın digər üzvləri aşağıdakı kimidir:

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini.








loading...


Fikrinizi bildirin