Salyan rayon İcra Hakimiyyəti kollektoru qazdırıb yolun üzərinə tökdürdü —  FOTOLAR

Dərc olunub: 21/02/2019 - 18:09

674d03525317461b94f924e5ef54d1ebSalyan rayonunun Şorsulu kənd sakinləri İcra Hakimiyyətindən və ərazi nümayəndəsindən şikayətçidir.  Sakinlər demokrat.az-a bildirib ki, Salyan rayonunun Şorsulu kənd ərazi nümayəndəsi kənddən keçən kollektorun qazdırılması üçün rayon İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyəti isə kəndə ekskavator göndərib. Ancaq meliorasiya işləri düzgün görülməyib. İcra Hakimiyyətinin göndərdiyi ekskavatorçu kollektoru qazaraq, palçığı insanların intensiv istifadə etdiyi yolun üzərinə töküb.

Kənd sakini olan şikayətçi Elşən Mustafayev deyir ki, onsuzda bərbad vəziyyətdə olan yol daha pis vəziyyətə düşüb.

“Hazırda yolun üzərində palçıq təpələri yaradılıb. Nə avtomobillə, nə də piyada rahat hərəkət etmək mümkün deyil. Biz bununla bağlı Salyan rayon İcra Hakimiyyətinə də şikayət etmişik. Hələ ki, bir tədbir görülməyib”, - deyə şikayətçi bildirir.
Şikayətçilərin ərazidən çəkdiyi fotoları təqdim edirik.








loading...


Fikrinizi bildirin